Haqqımızda

Həyata yeni qədəm qoyacaq körpənin dünyaya gəlməsi qadın həyatının qeyri-adi və ən gözəl mərhələlərindən biridir. Həyat sizin üçün möcüzələr və rənglərlə dolu yeni bir məna kəsb edir. Axı tezliklə həyatınıza sizi daha şövqlə yaşamağa sövq edəcək kiçicik bir insan gəlir.
Bu dövrdə qadın bütün varlığı ilə özünü ana olmağa hazırlayır.

Bizim məktəbin ən böyük məqsədi- ana olmağa  hazırlaşan qadınları həyatının bu məsuliyyətli mərhələsinə hazırlamaqdır.

Bizim işimizin əsas vəzifəsi məqsədyönlü şəkildə, dəqiq, doğru-düzgün olaraq analarda xoşbəxt hamiləliyi, onların sağlamlığını, uğurlu doğuşu və nəhayət, uşağın, ümumilikdə bütöv bir ailənin həmahəng inkişafını təmin etməkdir.

Doğuşa hazır olmaq üçün hər bir ana həm fiziki, həm də mənəvi hazırlığa malik omalıdır. Bunu üçün də o, etibarlı mənbələrdəki məlumatlara malik olmalı və yarannan problemlərin təbii yolla aradan qaldırılmasına səylə çalışmalıdır.

Psixoloji hazırlıq dövründə məktəbimizdə qadınların qorxuya qarşı həssaslıqlarının aradan qaldırılmasına dair işlər aparılır.

Hamilələrin fiziki hazırlığı zamanı biz onların çanaq əzələ və düzgün tənəffüs qaydalarının bərpasına önəm veririk.

Bundan başqa biz qadınlarla ginekoloji, neonatoloji, pediatrik və psixoloji problerlə əlaqəli mühazirələr aparırıq. Bu da gələcək anaları emosional duruma qarşı möhkəm olmağa, öz otqanizmini dərindən dərk etməyə, bununla yanaşı dünyaya gələcək körpəsini anlamağa, ona qayğı göstərməyə hazırlayır.

Biz sizə həyatınızın belə məsuliyyətli məqamında rahat doğuşu, bu dövrdə özünüzə əminlik , doğuşdan sonra isə xoşbəxt həyatı əldə etməkdə köməklək göstəririk.