Hamiləlik və ev heyvanları.
Müasir cəmiyyətlərdə olduğu kimi,ölkəmizdə də ev heyvanlarını saxlama vərdişi getdikcə geniş vüsət almaqdadır.Bir çox insan evində pişik, it, quş kimi ev heyvanları saxlayır. Bu vəziyyət evdə yaşayan fərdlərin sağlamlığına hər hansı bir təhlükə törətməməsi ilə yanaşı fərdlərdən biri hamilə qaldığı və ya hamilə qalmağı planlaşdırdığı zaman bu sevimli dostlarımız qadının və körpənin sağlamlığına ciddi təhlükə törədə bilər.
Siz evdə saxladığınız ev heyvanınızı əgər mütəmadi olaraq baytar müayinəsindən keçirirsinizsə, müəyyən xəstəliklərə qarşı müntəzəm olaraq dərmanları qəbul etməsini və peyvənd olunmasını təmin edirsinizsə, sizə və körpənizə təhlükə yaratma ehtimalı azalır.Lakin təhlükəni minimuma endirmək yenə sizin əlinizdədir. Bəzi sadə tədbirlər görməklə özünüzü və körpənizi qoruyaca bilərsiniz.
Pişik:əgər evinizdə pişik saxlayırsınızsa, bu kiçik dostunuzun sizin üçün yaradacağı ən böyük təhlükə toksoplazmozadı verilən xəstəlikdir.Parazit infeksiyası olan tokzoplazmozdüşüklərə səbəb ola bildiyi kimi, körpənin beynində də bəzi zədələnmələrə səbəb ola bilir. Pişiklər toksoplazmoz üçün daşıyıcı sahib funksiyasını yerinə yetirirlər. Özləri xəstə olmadan parazitin öz bədənlərində çoxalmasını təmin edirlər. Çoxalan parazitlər pişiyin ifrazatı ilə xaric olur və insanlar bu ifrazatla təmasda olmaqla yoluxur. Ticari qidalarla qidalanan və çöllə təmasda olmayan pişiklərdə toksoplazmoz olmur. Lakin pişiyiniz bu parazitə çiy ət və ya çiy süd yolu ilə də yoluxa bilər.
Toksoplazmoz parazitinə yoluxduran tək amil pişiklər deyildir. Çiy ət və ya lazımi şəkildə yuyulmayan çiy tərəvəz və meyvələr, xüsusilə salat yolu ilə toksoplazmoza yoluxma ola bilər. Pişiyin dərini cırmaqlaması əksər hallarda problem yaratmır,bununla yanaşı dərinin bütövlüyü pozulduğu üçün infeksiyalara yoluxmağa şərait yaranır. Pişik cırmaqladığı zaman mütləq vaxt itirmədən zədələnən yer sabun ilə yuyulmalıdır.
Əgər hamiləsinizsə və evdə pişiyiniz varsa, mütləq peyvəndlərinin hamısının olmasına diqqət yetirin. Pişiyinizin ifrazatını etdiyi qumu gündə 2 dəfə dəyişdirin və dəyişdirərkən mütləq əlcəkdən istifadə edin. Pişiyinizin qumunu dəyişdirdikdən sonra mütləq əllərinizi yuyun. Ən münasibi pişiyinizin qumunu bir başqasının dəyişdirməsidir.
İt: itlərin insanlara yaratdığı ən böyük təhlükə quduzluqdur. Yalnız hamilələr deyil, bütün insanlar bu ölümcül xəstəliyə qarşı tədbir görməli, tanımadıqları itlər ilə təmasdan uzaq durmalıdırlar. Həmçinin itlərdən insanlara kist hidatik və digər bəzi parazit infeksiyaları yoluxa bilər. Hamiləlik bu hallarda xüsusi bir risk yaratmır.Eyni zamanda bu hallarkörpəniz üçünciddi bir təhlükə yaratmır.
Quşlar: quşlar evlərdə saxlamaq üçün ən çox üstünlük verilən heyvanlardır. Nəzəri olaraq quşlardan insanlara bəzi xəstəliklərin keçməsi mümkün olsa da, praktikada çox rast gəlinən bir hal deyildir. Quşlardan insanlara ən çox yoluxma ehtimalı olan xəstəlik Psittakozdur. Törədicisi xlamidiya psitacidir.Demək olar ki, bütün quşlar bu xəstəliyin daşıyıcısdır.Lakin ən çox tutuquşulardanyoluxur. Bu günə qədər hamiləlikdə psittakoz infeksiyasınaolduqca az rast gəlinmişdir. Simptomları əsasən qripə bənzəyir.Son vaxtlarda xəstə və ya ölü bir quşla təmasda olan xəstədə sətəlcəmin (pnevmaniya) simtomları aşkar olunarsa, psittakozdan şübhələnilməlidir. Psittakozun hamiləliyə təsirləri barədə kifayət qədər məlumat yoxdur.Qəfəsin təmizlənməsi zamanı əlcəkdən istifadə edilməsivə təmizlikdən sonra əllərin mütləq yuyulması lazımdır.Hamiləlik zamanı evinizdəki quşu başqa bir yerə göndərməyinizə ehtiyac yoxdur.
Gəmiricilər: son vaxtlarda dağsiçanı və ya bu kimi gəmiricilərin evdə saxlanması getdikcə populyarlıq qazanan bir haldır. Ümumilikdə zərərsiz olan bu heyvanlar əsasən hamilə qadınlar üçün risk daşıyırlar.Bu risk Limfatik Xoriomeningit virusudur (LCMV).Bu inkişaf etməkdə olan körpəyə mənfi təsir göstərə bilir. Yetkin bir insan bu virusla yoluxduğu zaman ya heç bir əlaməti olmur ,ya da yüngül qripəbənzər əlamətlər özünü biruzə verir. Lakin əsl təhlükə dölədir.LCMV ilə yoluxan körpədə ən çox rast gəlinən simptom görmə pozğunluğudur. Bununla yanaşı serebral iflic, əqli çatışmazlıq və epilepsiyaya bənzər tutmalar kimi sinir sisteminə təsir edən pozğunluqlar ola bilir. İlk dəfə 1933-cü ildə aşkar olunan bu virusla insanlar yoluxucu gəmirici ilə təmasda olarkən və ya infeksiyalaşmış heyvanın olduğu mühitdəki hava ilə tənəfffüs edərkən yoluxa bilərlər. Buna görə hamilə olan qadınların evlərindən və olduqları mühitlərdən bu cür gəmiriciləri uzaqlaşdırmaları münasibdir.
Sürünənlər: Son vaxtlar bəzi yerlərdə populyarlıq qazanan bir başqa vərdiş də iquana kimi sürünənlərin ev heyvanı olaraq bəslənilməsidir. Bütün sürünənlərdə olduğu kimi kiçik dinozavrlara bənzəyən iquanaların da bağırsaq sistemində salmonella adlandırılan bakteriya normada rast gəlinir. Salmonella əsasən ishal, ürəkbulanma,qusma və halsızlıq kimi əlamətlərlə özünü biruzə verən və əksər hallarda sadə tədbirlər ilə müalicə olunan qida zəhərlənmələrinə səbəb olur. Yaşlılar, immuniteti zəif olanlar, 5 yaşından kiçik uşaqlar və hamilə qadınlar isə salmonella infeksiyasına yoluxma baxımından yüksək risk qrupuna daxildirlər. Salmonella infeksiyası hamilə qadınlarda ciddi haldır və düşüklərə səbəb ola bilər. Hamilə qadınların iquana və bu kimi sürünənlər ilə təmasda olmaması məqsədəuyğundur.
Bütün bunlarla yanaşı bütün növ heyvanlar və onların tükü insanlarda allergik hallara səbəb ola bilər.
Mama-ginekoloq Uzman Dr.Turab Canbaxışov







