Hamiləlik dövründə qadının orqanizmindəki dəyişikliklər.


Hamiləlik dövründə qadının orqanizmində dəyişikliklər. Hamilələyin meydana gəlməsi və inkişafı yeni ana-döl funksional sisteminin bərqərar olması ilə bağlıdır. İnkişafın müxtəlif bətndaxili inkişaf periodlarında döldən çoxsaylı siqnallar gəlir ki, bunları da ana orqanizminin müvafiq orqanları və sistemləri qəbul edir. Əsas əlaqələndirici vəsilə plasentdir. Fizioloji davam edən hamiləlik dövründə dölün və plasentin inkişafı ilə əlaqədar olaraq ana orqanizmində əhəmiyyətli dəyişikliklər baş verir.Основным связующим звеном является плацента.
ƏSƏB SİSTEMİ. Ananın bu sistemi döldən gələn çoxsaylı impulsların qavranmasında aparıcı rol oynayır. İlkin olaraq böyüyən döl yumurtasının impulslarına reaksiya verən uşaqlığın reseptorları reaksiya verməyə başlayır. Beyinə böyük impulslar seli kliniki olaraq zahının müəyyən tormozlanmış halda olmasında, gələcək uşağın doğulması və sağlamlığı ilə bilavasitə bağlı maraqların üstünlük təşkil etməsində özünü göstərir. Hamiləliyin 3-4-cü ayına qədər beyin qabığının həyəcanlılığı bütövlükdə aşağıdır. Döğuşdan əvvəl onurğa beyninin və uşaqlığın əsəb elementlərinin həyəcanlılığı artır ki, bu da doğuş üçün xoş şərait yaradır. Yüksək gərginliklə işləyən ürək-damar sistemi əhəmiyyətli dəyişikliklərə məruz qalır. Maddələr mübadiləsi güclənir, dövr edən qanın kütləsi artır, qan dövranının uşaqlıq-plasentar dairəsi inkişaf edir.Uşaqlığın ölçüləri artdıqca diafraqmanın mütəhərrikliyi məhdudlaşır, qarındaxili təzyiq artır, ürəyin vəziyyəti dəyişir, o daha üfüqi yerləşir. Hamiləlik dövründə ürək sıxılmalarının tezliyi artır, dəqiqədə 80-95 zərbə.
NƏFƏS SİSTEMİ. Qan dövranı sistemi kimi, nəfəs orqanları da dölün oksigenlə fasiləsiz təchizini təmin edir ki, bu da 30-40% artır. Eləcə də nəfəs hərəkətlərinin tezliyinin və nəfəsin dəqiqəlik həcminin artması müşahidə edilir. Bütün bu dəyişikliklər döl və ana arasında qaz mübadiləsinin optimal şərtlərini təmin edir.
HƏZM SİSTEMİ. Bir çox qadınlarda erkən dövrlərdə ürək bulanması, qusma və dad hisslərinin dəyişməsi müşahidə edilir. Mədə-bağırsaq traktının bütün bölmələri aşağı düşmüş tonus halında olurlar ki, zahıların tez-tez qəbizlikdən şikayət etməsi bununla izah olunur.
SİDİK SİSTEMİ. Hamiləlik dövründə ananın böyrəkləri yüksək gərginlik altında fəaliyyət göstərərək orqanizmdən həm də dölün metabolizmi məhsullarını çıxarır. I trimestrdə böyrək qan axını artır, lakin müddət artdıqca qan axını azalır ki, bu da mayenin zahının orqanizmində qalmasına rəvac verir.Aşağı ətraflarda toxumaların pastozluluğu müşahidə olunur. Bütövlükdə hamiləliyin sonunda orqanizmdə mayenin miqdarı 7 l arta bilər. Bundan başqa, uşaqlıq böyüdükcə, sidik kisəsinin və sidik axarlarının topoqrafiyası dəyişir. Sidik kisəsinin basılması baş verir ki, zahıların tez-tez boşalmaya ehtiyac hissi bununla izah olunur. Sidik axarları daha çox sağdanbasılmadan hipertrofirə olunur və uzanır, hidroureter və hidronefroz inkişaf edir.

İMMUN SİSTEM. İnsan embrionu və dölü atadan 50% genetik informasiya alır ki, bu da ana orqanizmi üçün yaddır. Döl ana orqanizminə görə həmişə genetik “yarımuyğun transplantantdır” , buna görə də dölün qopmasınının qarşısını almaq üçün immunosupressiv xassələrə malik hormonlar istehsal olunur. Bunlara plasentar laktogen, qlükokortiokidlər, estrogen, progesteron, alfa fetoprotein və s. aiddir. İmmunoloji qarşılıqlı münasibətlərin pozulması hamilələyin patologiyasının inkişafına (dölü saxlamamaq, hestozlar) gətirib-çıxarır.
DƏRİ.Bir çox zahıların üzlərində, döş gilələrində giləətrafı dairəciklərdə qəhvəyi piqment yığılır. Uşaqlıq böyüdükcə, qabaq qarın divarı gərilir, çəhrayı və ya göy-qırmızı qövsvari formada çapıqlar meydana gəlir. Doğuşdan sonra onlar ağ zolaq şəklini alır.
BƏDƏNİN KÜTLƏSİ. Bədənin kütləsinin artması uşaqlığın və dölün böyüməsi, amniotik mayenin yığılması, dövr edən qanın həcminin artması, mayenin orqanizmdə saxlanması ilə bağlıdır. Kütlə daha intensiv olaraq ikinci trimestrdə artır: həftəlik əlavə 250-300 q olur. Orta hesabla qadının kütləsi 9-12 kq artır.
SÜD VƏZİLƏRİ. Hamiləlik zamanı süd vəzilərinin toxumalarında laktasiyaya hazırlıq dəyişiklikləri baş verir ki, onlar da 3-4-cü həftədən başlayır və onun ikinci mərhələsində bir qədər azalır. Süd vəzilərinin kütləsi orta hesabla 150-200 qramdan 400-500 qrama kimi artır.CİNSİYYƏT SİSTEMİ. Uşaqlıq bütün hamiləlik dövrü ərzində artır. Hamiləliyin2-ci ayının sonunda uşaqlığın ölçüləri təxminən 3 dəfə artır və o yumru şəkil alır. Hamiləliyin sonunda uşaqlığın kütləsi orta hesabla 1000 qrama çatır (hamiləliyə qədər 50-100 q). Uşaqlıq boşluğunun həcmi 500 dəfədən artıq artır. Yumurtalıqların ölçüləri ilk dörd ay ərzində bir qədər böyüyür, yumurtalıqların birndə sarı cism olur ki, o, sonradan involyusiyaya məruz qalır.

Leyli Sadıqlı.