Yeni doğulan körpələrdə dəri problemləri

Yeni doğulan körpələrdə dəri problemləri


Hər bir qadının həyatındakı ən gözəl an körpəsini gucağına aldığı andır. Qucağlayıb öpməklə doymaq olmayan bu anda daim onu qoruyacağımıza ürəyimizdə söz veririk. Körpə dünyaya gəldikdən sonra həyatının ilk günlərindən etibarən ətraf mühitə öyrəşməyə çalışır. Onun incə, zərif dərisində bəzi dəyişikliklər baş verir. Əziz hamilələrimiz! Bu dəyişiklikləri bilməyiniz və buna hazır olmağınız üçün bugün bu mövzunu seçdik, çünki bunlar hansısa bir xəstəliyin əlamətləri deyil və öz-özünə keçəcəyinə görə həkimə müraciət etməyə ehtiyac yoxdur.

1. Birincisi, çoxunun bildiyi Fiziolojik Sarılıqdır. Qanda bilirubin yüksəlməsi ilə doğumdan 2 gün sonra əmələ gəlir, dəri və silikli qişalar sarı rəng alır. Bir neçə həftə içində körpələrin dərisi normal rəngə dönür.
2. Dəri soyulması (deskuamasiya). Ortalama 3-5 gün sonra dəri soyulmaları başlayır, bu tamamilə fiziolojik haldırki, nəmləndirici kremlərdən düzgün istifadə etməklə 1-2 həftə içində keçir.
3. Seboreya - anadan körpəyə keçdiyi hormonların təsiri ilə dərinin bəzi nahiyələrində yağlanma baş verir. Ən çox saçlı dəri, qulaqlar, yanaqlar və qaşlarda qızartı və kəpəklənmə şəklində ortaya çıxır.
4. Neonatal akne – yanaqlarda və çənədə qırmızı və irinli sızanaqlar da körpələrdə görünə bilər, çox zaman müalicəyə ehtiyac olamadan keçir.
5. Milliumlar - burun üstündə ağ nöqtələr, tutulmuş məsamələr. Müalicəyə ehtiyac yoxdur öz-özünə keçir.
6. Mongol ləkəsi – belin bez nahiyəsində doğuşdan var olan boz-bənövşəyi rəngində olan bir ləkədir. 2 il içində öz-özünə solur gedir.
7. Mərmər dərisi – otağ temperaturanın təsiri altında dəri damarların genişlənib daralması ilə əlaqədar olaraq mərmər görünüşü verən, barmaqla basmaqla solan bu proses daha çox soyuqda əmələ gəlir isinməklə keçir. Heç bir xəstəliyin əlaməti deyil.

Uzman DR.-Dermatoloq Lalə Cahangirova